Mynews.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıQurban bayramı münasibətilə xalqa ünvanladığı təbrikində bildirib.
Onun sözlərinə görə, şəfqət və humanizm duyğularını özündə ehtiva edən bu bayram müsəlman dünyasında böyük nüfuz sahibi olan ölkəmizdə ruh yüksəkliyi ilə qeyd olunur:
"Xalqımız öz adət-ənənələrinə, dininə, eləcə də milli-mənəvi dəyərlərinə hər zaman böyük ehtiram göstərib, hətta tarixin ən çətin dövrlərində də İslamın humanizm, qardaşlıq və mehribanlıq prinsiplərinə sadiqlik göstərərək Qurban bayramını qeyd edib. Müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi bayram elan olunması xalqımızın öz milli-dini ənənələrinə sıx bağlılığının nümunəsidir. Respublikamızda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan olunması da dövlətimizin və onun başçısı cənab İlham Əliyevin İslam dininə verdiyi ali dəyərin bariz göstəricilərindəndir.
Sizin hər birinizi Qurban bayramı münasibəti ilə təbrik edir, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək!"
Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 1-2 tarixlərində qeyd edilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub