Hazırkı qlobal istiləşmə davam edərsə, Xəzər dənizinin Rusiya akvatoriyası 75 ilə quruya bilər.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə amerikalı, rusiyalı və fransalı ekspertlərin hazırladığı araşdırma materialında bildirilir.
“Geophysical Research Letters” jurnalında dərc olunan araşdırma materialında qeyd olunur ki, 1996-2015-ci illərdə Xəzər dənizində suyun səviyyəsi hər il 7 sm azalıb. Ümumilikdə bu müddət ərzində suyun səviyyəsi 1,4 metr düşüb.
Ekspertlər Xəzərdə suyun səviyyəsinin daha da düşəcəyi proqnozunu verirlər. Bu, daha çox Xəzərin Rusiya və Qazaxıstana düşən şimal hissəsində baş verəcək. İstiləşmənin bu templə davam edəcəyi təqdirdə, həmin ərazinin 75 ilə quruyacağı proqnozlaşdırılır.
Qurumaya səbəb kimi atmosferin üst təbəqəsində temperaturun artması göstərilir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub