"Bu gün ölkədə çox təhlükəli bir tendensiya hökm sürür. Bir qrup məmur hesab edir ki, nə olursa-olsun ölkə prezidentinin əleyhinə gedək. Yəni, ictimai rəydə o fikri formalaşdırırlar ki, prezidentin sözü keçmir”.
Bu fikirləri mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. Onun sözlərinə görə, nazirlər, komitə sədrləri, icra başçıları, müavinləri və onları balarının harınlığı da bunu nəticəsidir:
"Ölkədə korrupsiyaya qarşı mübarizə idarəsi var. Bu qurum araşdırmalıdır, çağırıb soruşmalıdır ki, sən ayda min manat maaş alırsan, 150 minlik maşını nəynən almısan. Amma belə bir haqq-hesab aparılmır. Bunlar ictimai rəyə tüpürürlər. Öz hərəkətləri ilə "Biz heç kimi saymırıq” mesajını verirlər. Belə olanda da dövlətin bel sütunu sınır. Bu gün nazirlər, komitə sədrləri bir yana, icra başçıları, onların müavinləri Prezidentin xəbərdarlıqlarını qulaqardına vururlar. Görün, nə vəziyyət yaranıbsa, məmurlar özlərinə villa, maşın, arvad kolleksiyaları düzəldiblər. Min hoqqadan çıxırlar. Əli Həsənovun nəvəsinə nə elədilər ki, bu birilərinə də nəsə edələr. Hamısı fikirləşir ki, dədəmiz pul verib qurtaracaq”.
Partiya sədri onu da deyib ki, həbs olunan məmur balalarının layiqli cəza alacaqlarına inanmır.
"Bu gün hakimiyyətdəkilərin çoxu bir-birinə qohumdur, ya da nəsə alış-verişləri var. Ona görə də inanmıram ki, bir-birlərinin ayaqlarını tapdalayalar. Ona görə də hərəsi bir-iki aydan sonra sərbəst qalacaq, yenə də bildiklərini edəcəklər”, - deyə müsahibimiz əlavə edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub