ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampın Harvey qasırğası sonrası fəlakət zonasına etdiyi səfər zamanı geyindiyi dikdaban ayaqqabı müzakirələrə səbəb olub.
Melaniya Tramp fəlakət bölgəsinə 600 dollarlıq dikdaban ayaqqabı geyindiyi üçün sosial mediada lağ hədəfi olub. "Dünyadan xəbəri yoxdur", "Ağıla gələ biləcək ən uyğunsuz geyim", "Ümid edirik ki, getməmişdən əvvəl ayaqqabının suya dayanıqlı olduğunu yoxlayıb" kimi fikirlər səsləndirildi.
Ağ Ev isə bu barədə açıqlama verərək "Belə bir təbii fəlakətin olduğu bir dövrdə "first lady"nin ayaqqabısını gündəm eləmək doğru deyil" fikrini deyib.
Qeyd edək ki, təyyarədən enən zaman dikdaban ayaqqabı geyinən xanım Tramp mətbuat konfransına idman ayaqqabısı ilə gəlib.
qaynarinfo.az



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub