Qadınlara qarşı zorakılıq son zamanlar günün aktual mövzusuna cevrilib.
Ailədə qısqanclığın yaranması çox hallarda qadına qarşı zor tətbiq edilməsinə gətirib cıxarır. Bu isə psixoloji amillərdən biri hesab olunur.
Qadınlar niyə zorakılığa məruz qalır?
“Xəyanət zorakılığa yol açan əsas faktordur”.
Bu sözləri Metbuat.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.
“Ailədaxili münasibətlərə təsir göstərən müxtəlif faktorlar var. Mobil telefonlar, internet, bəzi insanlarda yaşanan psixoloji gərginlik, stress faktoru, psixiatrik problemlər, zərərli vərdişlərdən asılılıq kimi səbəblər ailədaxili münaqişələrə gətirib çıxara bilir. İstər yeni ailə quran, istərsə də uzunmüddətli evlilik həyatı yaşayan cütlüklərdə müxtəlif səbəblərdən boşanma halları özünü göstərir. Onların da statistikasına nəzər yetirdikdə ortaya xüsusilə xəyanət faktorları çıxır. Bu isə cütlüklər arasında mübahisə və şiddətə yol açır. Şiddət isə tərəflərdən birinin həyatına son qoyulmaqla nəticələnir. Son zamanlar zorakılıq halları yalnız kişilər tərəfindən deyil, qadınlar tərəfindən də həyata keçirilir. Ortada çox incə bir fərq var. Kişi əgər şiddət göstərirsə, qadın müdafiə olunma prosesində qarşı tərəfə xəsarət yetirir. Zoru kişi tətbiq edir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub