Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə gənc idmançının dostları sosial şəbəkələrdə məlumat veriblər. İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.
Dostlarının verdiyi məlumata görə, nə hadisə baş verən ölkə, nə də Azərbaycanın oradakı diplomatik nümayəndəliyi məsələyə ciddi yanaşır:
“Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz 12 min dollar əməliyyat pulu, 7-8 min dollar da meyitin göndərilməsi üçün pul istəyirlər. Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər”.
X.Əliyevin Naxçıvanın Şərur rayonundan olduğu, Ordubadda internatda böyüdüyü bildirilir.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub