Kənd Təsərrüfatı Nazirliyi sahibkarla müraciət edib.
Mynews.az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin yarmarkalarında yalnız Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu heyvanların satışına dair yayılan məlumatla əlaqədar nazirlik sahibkarların nəzərinə çatdırır ki, Bakı şəhərinin 4 ünvanında (Nərimanov rayonu, Əliyar Əliyev küç., Keşlə bazarının yanı, Xətai rayonu, "Nargilə" kafesinin yanı, Yasamal rayonu, Şərifzadə küçəsi, "İdeal" şadlıq sarayının həyəti, Səbail rayonu, Seymur Məmmədov küçəsi, 8, parkın yanı) təşkil olunmuş qurbanlıq heyvanların satış-yarmarkalarında nazirliyin tabeliyində olan təsərrüfatlarda yetişdirilən erkək xırdabuynuzlu heyvanların satışı ilə yanaşı, həmin ərazilərdə, eyni zamanda, Bakı şəhəri və ətraf qəsəbələrin bir çox ərazilərində baytarlıq-sanitar normalara uyğun yerlərdə qurbanlıq heyvanların satışına və kəsiminə tam şərait yaradılıb.
Nazirlik sahibkarları Bakı şəhəri və ətraf qəsəbələrdə təşkil olunmuş ərazilərdə iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub