Xəbər verdiyimiz kimi, Azərbaycanlı idmançı Xəzər Əliyev Livanda qəza nəticəsində dünyasını dəyişib.
İdmanın qarışıq döyüş sənəti olan MMA növü ilə məşğul olan X.Əliyev 3 gün əvvəl Beyrut şəhərində dünyasını dəyişsə də, onun meyitinin ölkəyə gətirilməsi problemə çevrilib.
Mynews.az big.az-a istinadən xəbər verir ki, azxeber.com idmançının anasının Livandakı səfirlik əməkdaşı ilə söhbətinin səsyazısını əldə edib. Çarəsiz ana diplomatların meyidə görə rüşvət tələb etdiyini deyib: "Xəzərin meyiti 3 gündür ki, morqda qalıb. Hələ utanmaz-utanmaz siz məndən 40 min dollara yaxın pul istəyirsiz ki, meyiti göndərəsiz. Heç utanmırsız? Bəs siz nəyə görə orada çalışırsız? Səlahiyyəti və imkanı olan şəxslərdən xahiş edirik, bu məsələdə yardımlarını əsirgəməsinlər. Mən dövlət işində çalışıram, o qədər pulu hardan tapım? Mən sadəcə oğlumun meyidini istəyirəm.”
Qeyd edək ki, Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovdur.
Həmin səsyazını təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub