Artıq yay mövsümünün son günlərini yaşayırıq. Buna baxmayaraq havaların nisbətən isti keçməsi bəzi insanlarda narahatlıq yaradır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, insanlar deyir ki, əvvəlki illərə nisbətən bu il avqust daha isti keçir.
Hidrometereoloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədova isə deyir ki, narahatlığa heç bir əsas yoxdur. Yəni əvvəlki illərdə də belə istilər müşahidə olunub.
Gürşad Məmmədova deyir ki, sentyabrın 1-dən 4-nə kimi, yəni bayram günlərində də hava şəraitində mühüm bir dəyişiklik olmayacaq. Buna baxmayaraq sentyabrın 3-də paytaxtda axşama doğru havanın arabir tutulacağı, bəzi bölgələrdə isə yağıntı olacağı gözlənilir. Sentyabr ayında da ölkə ərazisində havanın temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Konkret olaraq paytaxt Bakıda orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub