Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək.
Mynews.az xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb. Məlumatda deyilir ki, 2050-ci ildə planet əhalisi 9 mlrd. nəfərə çatacaq. Ötən ilin sonuna olan məlumata görə, dünya əhalisi 7,4 mlrd. nəfər olub. Çin və Hindistan isə dünyanın ən çox əhalisi olan ölkələrdir - bu iki ölkə birlikdə planet əhalisinin 36,3%-i yaşayır: Çində 1 378 665 000 nəfər (18,5%), Hindistanda isə 1 324 171 000 nəfər (17,8%) yaşayır. Siyahıda 3-cü yeri 4,3%-lə ABŞ tutur ki, onun da əhalisi 323 127 000 nəfərdir. Ümumilikdə, 216 dövlətin yer aldığı siyahıda Azərbaycan 9,762 mln. nəfərlə 90-cı yerdə qərarlaşıb. Bu isə dünya əhalisinin 0,13%-i deməkdir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub