"Big.az" saytının jurnalisti Rövşən Əsədov əməkdar artist Elza Seyidcahanın "Tikim sizin ağzınızı" şeirinə nəzir yazıb.
Mynews.az xəbər verir ki, müğənniyə "Tikim sənin şeirini, qəzəlini" deyən jurnalist bu sözləri ilə E.Seyidcahanın şeirlərinin bəyənilməməsinə işarə vurub. Sözügedən şeiri təqdim edirik:
Payız gəlib əsdirəcək xəzəlini
Tikim sənin şeirini, qəzəlini
Tikim, tikim ilmə-ilmə
Bəniz aya, ulduzlara,
Göydə uçan ağ qarğaya,
Yerdə axan o nur çaya
Elza xanım sən tez geyin
Geyin cırıq corabını
Fikirləşmə o yanını, bu yanını
Sən bu yolu düz get ancaq
Bayrağı biz tez sancaq
Başı qarlı o zirvəyə
Bu da məndən bir nəzirə
Nöqtə qoydum bu söhbətə!
Məlumat üçün bildirək ki, müğənninin şeir müsabiqəsdində münsif olması şairlər və ədəbiyyat adamları arasında kəskin tənqid olunmuşdu. Bundan sonra əməkdar artist, tanınmış bəstəkar Elza Seyidcahan ən son "Tikim sizin ağzınızı" adlı şeir yazaraq gündəmə gəlmişdi.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub