Prezident Administrasiyasına 2016-cı ildə daxil olan müraciətlərin bir qismində vətəndaşlar məhsulların və xidmətlərin qiymətlərinin əsassız olaraq qaldırılması hallarından narahat olduqlarını bildiriblər.
Mynews.az xəbər verir ki, bunu AZƏRTAC-a yazdığı məqaləsində Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov deyib.
S.İsmayılov deyib ki, istehlakçılar hüquqlarının pozularaq, bir çox ticarət obyektlərində və şəbəkələrində gündəlik tələbat mallarının qiymətlərinin manatın devalvasiyası bəhanəsi ilə süni şəkildə artırılmasını, müddəti ötmüş ərzaq məhsullarının satışdan yığışdırılmamasını, satılan avadanlığın, elektrik texnikasının, yem və ərzaq məhsullarının, yanacağın, bəzi dərman preparatlarının və tikinti materiallarının keyfiyyətsiz olmasını və müvafiq qurumların belə hallarla zəif mübarizə aparmasını qeyd edirlər.
S.İsmayılov aidiyyəti qurumların belə halların qarşısını bundan sonra da alaraq lazımi tədbirlər görəcəklərinə əminliyini ifadə edib.
S.İsmayılov əlavə edib ki, ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub