Paytaxtda sərnişin avtobusunda insident baş verib.
Dünən 96 saylı xətt üzrə hərəkət edən sərnişin atvobusunda sərnişinlərdən biri sürücüyə hücum edib.
Buna səbəb isə sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.
Belə ki, sürücü sərnişinlərə məlumat verib ki, avtobus Heydər Əliyev adına Sarayın arxasından dönərək "5 mərtəbə” adlanan ərazidə son dayanacağa gedəcək. İrəli dayanacaq olmadığı üçün də avtobusu saxlamaq mümkün olmayacaq. Lakin, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəsə də, sürücü razı olmur. Bu zaman isə həmin sərnişin sürücüyə hücum edərək onu boğmağa başlayıb və qapını məcburi şəkildə açdıraraq dayanacaq olmayan yerdə enir.
İstismarçı şirkətdən "Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub