Sevdiyi qadını ona vermədikləri üçün qadını öldürdü, anasını yaraladı, özü isə intihar etdi.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Samsun bölgəsində qeydə alınıb. 47 yaşlı İsmət Kır bir neçə ay öncə boşanan Əminə Günayı ailəsində istəyib. Rədd cavabı alan adam qəzəblənib və belindəki tapançayla birinci Əminəni, daha sonra anası Narın Ulduzu vurub.
Onları qanlar içərisində görən İsmət Kır özünü də vuraraq intihar edib. Silah səsinə gələn qonşular
hadisə yerinə təcili tibbi yardım və polis briqadası çağırıb.
Xəstəxanadan verilən məlumata görə, həkimlər hadisə yerinə çatanda İsmət Kır və sevdiyi qadın ölmüş olub. Yaralı olan Narın Ulduz isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub