Qurban bayramından sonra paytaxtda dezinfeksiya işləri ilə bağlı vəziyyət açıqlandı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyası və dezinseksiyasını yekunlaşdırıb.
Mynews.az xəbər verir ki, xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli özəl olaraq Trend-ə bildirib ki, dezinfeksiya və dezinseksiya işləri bütün şəhər və rayon mərkəzlərində, Mənzil-Kommunal Təsərrüfatı birliklərinin işçiləri tərəfindən, heyvan kəsimi üçün ayrılan yerlərdə təmizlənmə işləri aparıldıqdan sonra həyata keçirilib. Bu işlərin aparılmasında məqsəd ərazidə xəstəliklərin yayılmasının qarşısını almaqdır.
Y.Xanvəli bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunmasına, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısının alnmasına, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarəti gücləndirilib.
Xidmət rəsmisi qeyd edib ki, DBNX-nin nəzarət etdiyi heyvan kəsimi məntəqələrində xırda nöqsanlar qeydə alınsa da, onlar artıq aradan qaldırılıb.
Y.Xanvəli nöqsanların müəyyən olunmuş kəsim yerlərində qanunsuz satışa cəhdlərin edilməsi ilə bağlı olduğunu, lakin onların qarşısının vaxtında alındığını açıqlayıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 1-4-də Azərbaycanda qeyri-iş günü olub.
Cəmiyyət
- Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- "Qarabağ müharibəsinin iştirakçıları mənzillə təmin olunur" - Anar Kərimov 987 dəfə oxunub
- Qeyri-sabit, yağıntılı hava şəraiti bu tarixədək davam edəcək 905 dəfə oxunub
- Övladı məktəbə gedən valideynlərin NƏZƏRİNƏ 599 dəfə oxunub
- "WhatsApp"da daha bir özəllik - Səs yazılarını paylaşmaq və dinləmək mümkün olacaq 598 dəfə oxunub
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu 582 dəfə oxunub