Mynews.az primetime.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı Zümrüd Qasımovanın bacısı qızı getdiyi 181 saylı uşaq bağçasında şiddətə məruz qalıb. Bu barədə aparıcı sosial şəbəkədə məlumat yayıb. O, bağçanın tərbiyəçisinin 2 yaşlı bacısı qızına şiddət göstərdiyini, uşağın bədənində göy izlər olduğunu yazıb. Məsələ ilə bağlı sözügedən bağça ilə əlaqə saxladıq. Zəngimizə cavab verən xanım müdirənin hazırda işdə olmadığını bildirdi:
"Müdirə hazırda yoxdur. Elə o məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Baş İdarəsinə gedib. Özü gələndə suallarınızı cavablandırar".
Daha sonra bağça ilə əlaqə saxlasaq da, yenə müdirənin işdə olmadığını deyib, dəstəyi üzümüzə asdılar.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub