İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
MilliYol.Az xəbər verir ki, fərmana əsasən nazirliyin əməkdaşlarının sayı azaldılıb:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 90, № 7, maddə 625, № 11, maddə 996; 2012, № 9, maddə 853, № 11, maddə 1084; 2013, № 2, maddə 124, № 12, maddə 1525; 2014, № 7, maddə 789, № 9, maddə 1053; 2015, № 1, maddə 17, № 3, maddələr 263, 264, № 6, maddə 705, № 8, maddə 908; 2016, № 3, maddə 437, № 5, maddə 859, № 6, maddələr 1051, 1072) 7-ci hissəsində “57” rəqəmləri “55” rəqəmləri ilə, “308” rəqəmləri “260” rəqəmləri ilə əvəz edilsin".
Qeyd edək ki, 2011-ci il 16 fevral tarixində imzalanmış fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aparatının işçilərinin say həddi 57 ştat vahidi (Xidmətin mərkəzi laboratoriyası ilə birlikdə), yerli bölmələrinin işçilərinin say həddi isə 308 ştat vahidi müəyyənləşdirilmişdi. Bu gün imzalanan fərmanla bu say 55 və 260-a endirilib.