Bakıda restorandan qeyri-adi addım Müştərilərin hesabını milli komandamız “ÖDƏDİ”

557
Bakıda restorandan qeyri-adi addım Müştərilərin hesabını milli komandamız “ÖDƏDİ”

Bakıda restoranlardan birinin sahibi qeyri-adi addım atıb. O, futbol üzrə milli komandamızın San Marino üzərindəki qalibiyyətinə görə həmin gün restoranda yeyib-içən bütün müştərilərin hesabını ödəməli olub. “Ödəməli olub” dedik, çünki oyundan əvvəl o, müştərilərinə söz verib ki, millmizin vurduğu hər qola görə 20 faiz endirim edəcək. Nəticə isə 5-1 olub. Təfərrüatlar maraqlıdır. Birlikdə izləyək.

Bakıda bir restoranda gələn hesab qəbzi müştəriləri müsbət mənada şoka salıb. Hətta 130 manatlıq qəbzin üzərinə “hesabınız ödənilib” qeydi yazılıb.

Dünən gecə paytaxtdakı restoranlardan birinin sahibi 30-a yaxın müştərisinin hesabını öz cibindən ödəyib. Azərbaycan-San Marino futbol yığmalarının oyunu zamanı komandamızın vurucağı hər qola görə 20 faiz endirim edəcəyinə söz verən restoran sahibi nəticədə 100 faizlik endirim etməli olub. Çünki millimiz futbol tarixində ilk dəfə 5 qol vurub və bu səbəbdən həmin vaxt restoranda olan heç bir azarkeş hesab ödəməyib.

Restoranın aksiyasından əksər müştərilər məlumatlı olmadığından gələn hesab onlar üçün sürpriz olub. Bəziləri isə aksiyadan xəbərdar olduqlarından və milli komandamızın qələbəsinə inandıqlarından daha çox sifariş veriblər.

Ümumilikdə 1000 manat xərcə düşən restoran sahibi Şaiq Qəribzadə deyir ki, o, bu addımı hər hansı kommersiya niyyəti ilə yox, futbol azarkeşi olduğu üçün atıb.
Şaiq Qəribzadə deyir ki, gələcəkdə də komandamıza və klublarımıza dəstək məqsədi ilə yeni aksiyalar təşkil edəcək. Çünki son zamanlar “Qarabağ” klubuunun uğurlu çıxışı bir daha göstərdi ki, komandalarımıza dəstək çoxdur.

Dünən baş tutan oyunda milli komandamız tarixində ilk dəfə olaraq belə böyük hesabla qələbə qazanıb. Hazırda isə azarkeşlər böyük maraqla çempionlar liqasında çıxış edən “Qarabağ”ın oyunlarını gözləyirlər.

Xəbər lenti