Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların geri dönüş qrafikləri müəyyənləşib.
Mynews.az xəbər verir ki, Həcc missiyasından verilən məlumata görə, azərbaycanlı zəvvarların ilk qrupları Mədinə şəhərindən Bakıya sentyabrın 12-də, növbəti qruplar isə sentyabrın 13-ü, 14-ü və 15-i dönəcək.
O da bildirilib ki, hazırda ziyarət əməllərini yerinə yetirən zəvvarlar sabahdan Mədinə şəhərinə getməyə başlayacaqlar.
Qeyd edək ki, builki kvota 600 nəfər nəzərdə tutulsa da, Azərbaycandan 900 zəvvar Həccə gedib. Kvota aşılsa da, bu il zəvvarların sayı ötən ildən azdır. 2016-cı ildə Azərbaycandan 1040 zəvvar Həcc ziyarətində olub. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gediblər. Uçuşları AZAL həyata keçirir. Azərbaycanda Həcc ziyarətinin təşkilatçısı yalnız Qafqaz Müsəlmanları İdarəsidir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub