Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında zərərçəkən şəxs soyunaraq hakimə etiraz edib.
Mynews.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Sənan İsmayılov adlı şəxs məhkəmə binasının girişində, yolun ortasında soyunub.
S.İsmayılovun belə hərəkət etməsinə səbəb isə onu güllələyərək yaralayan Vəli Əhmədova yüngül cəza verilməsidir.
Hakim Fikrət Qəribov Rusiya vətəndaşı olan V.Əhmədova 5 il azadlıqdan məhrum etmə cəzası verib. İstintaq V.Əhmədovun əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirsə də, F.Qəribov bu maddəni qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edərək cəzanı yüngülləşdirib.
Zərərçəkən S.İsmayılov da hakimin bu qərərına etirazını bu formada bildirib.
Prokuror isə V.Əhmədovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub