2017-ci ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14713 doğulmuş körpə qeydə alınıb.
Mynews.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, bu göstərici əhalinin hər min nəfərinə hesabı ilə 13,2 təşkil edib.
Doğulanların 168-i əkiz, 4-ü isə üçəmdir. Doğulan körpələrin 7701 nəfəri, yəni 52,3%-i oğlan, 7012 nəfəri, yəni 47,7%-i isə qız uşağıdır.
İlin əvvəlindən Bakı şəhərində 6529 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi ötən illə müqayisədə 6-dan 5,9-a qədər enib.
2017-ci ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 6689 nikah və 2420 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6, boşanmaların sayı isə 2,2 olub.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub