"Bizə danış" verilişinin son buraxılışında maraqlı anlar yaşanıb.
Nadir adlı kişi 55 yaşlı həyat yoldaşını axtardığını bildirib. Xoşqədəm Hidayətqızının verilişinə üz tutan kişi aparıcıdan arvadını tapmağı xahiş edib:
"Səbirə İsayeva 11 mart günü evdən çıxıb Bakıya işləmək adı ilə çıxıb gedib. Ondan sonra heç bir zəng etməyib. Səbirə mənim ikinci həyat yoldaşım olub. Bizim rəsmi nikahımız olmasa da, mən onunla kəbin kəsmişəm və boşanmamışam".
Daha sonra efirə telefonla qoşulan Səbirə xanım Türkiyədə olduğunu və orada evləndiyini bildirib. Bakıda tanış olduğu türk kişi ilə qoşulub Azərbaycandan gedən Səbirə çox xoşbəxt olduğunu deyib. Bu sözlərdən sonra Nadir kişinin vəziyyəti pisləşib. Daha sonrakı söhbətlərdən qadının ərindən yaxa qurtarmaq üçün Bakıya, oradan da Türkiyəyə getdiyi məlum olub. Sonda Xoşqədəm Nadir kişidən studiyanı tərk etməyi tələb edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub