Bu gün səhər saatlarında ABŞ-da dünyasını dəyişən dünya şöhrətli alim Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovabildirib.
Onun sözlərinə görə, sənədləşmə işləri təxminən 1 həftə çəkəcək: “Lütfi Zadənin cənazəsini 10 gündən sonra Azərbaycana gətirəcəyik. Son nəfəsinə qədər Lütfi Zadənin yanında olmuşam. Oğlu Norman atası dünyasını dəyişəndə onun yanında deyildi.
Lütfi Zadə son nəfəsində məndən xahiş etdi ki, onun işlərinə həsr olunmuş “Softcommuting” üzrə Ümumdünya konfransını iki ildən bir təşkil edim. Sonra dedi ki, mənim bir layihəmi bitir və məqalə şəkilində dərc etdir. Bundan başqa, elmi məqalələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. Mən də ona söz verdim. Xahiş etdi ki, onu müsəlman qaydası ilə dəfn edək.
Beşinci gün Berkli Universitetində Lütfi Zadənin xatirəsi yad ediləcək. Yas və dəfn mərasimi isə doğma vətənində keçiriləcək”.
Qeyd edək ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində, Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub