USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

21 yaşlı “canlı təqvim” Gəncin heyrətləndirən BACARIĞI

18:29 16.02.2017
21 yaşlı “canlı təqvim” Gəncin heyrətləndirən BACARIĞI
18:29 16.02.2017
Şamaxıda 21 yaşlı gənc çevik zəkası ilə hər kəsi heyrətləndirib.
 
Dost-tanışları Elvin Qəniyev adlı gəncə “canlı təqvim” deyə müraciət edirlər. Buna səbəb isə onun təqvimin həm keçmiş, həm də gələcək illərinin günlərinin həftənin neçənci gününə düşdüyünü bir neçə saniyəyə hesablayıb deməsidir.
 
O bu bacarığını ilk dəfə 13 yaşında olarkən kəşf edib. Sinif yoldaşlarına nümayiş etdirəndə ona inanmayanlar da olub.
 
2100-cü ilə qədər təqvimi hazırlayan Elvin istənilən vaxtın hansı günə düşdüyünü dəqiqliklə deyir. Hazırda Elvin peşə məktəbində kompyuter operatorluğu öyrənir. Arzusu isə aktyor olmaqdır. 

Xəbər lenti