Azərbaycanda qeyri-adi əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın uşaq cərrahı və uroloqu mütəxəssis Fuad Hüseynov cinsiyyəti ayırd edilə bilməyən uşaq üzərində əməliyyat aparıb.
Həkim Metbuat.az-a açıqlamasında əməliyyat haqqında danışıb: “Rayonlardan birində doğulan, cinsiyyəti bəlli olmayan uşaqla bizə müraciət etdilər. Biz xromosom analizi etdik və uşağın oğlan (46 XY) olduğu müəyyən edildi. Cinsiyyət orqanı əyri, ölçüsü isə çox kiçik idi. Sidik kanalının dəliyi xayalığa keçən hissəyə açılırdı”.
Həkimin sözlərinə görə, uşağı 2 mərhələdə əməliyyat edib. Birinci əməliyyat 3 saat çəkməklə 10 aylığında, ikinci əməliyyat isə 1.5 yaşında 3 saat yarım olmaqla həyata keçirilib. “Əvvəlcə, sidik kanalı bərpa edildi, yəni “yama” qoyuldu. Daha sonra cinsiyyət üzvü bərpa olundu. Sidik ifrazı normal hala gətirildi”.
Həkim əlavə edib ki, hazırda uşağın vəziyyəti yaxşıdır və onun gələcəkdə ata olmasında heç bir problem olmayacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub