Sumqayıt Apellyasiya Məhkəməsində Şamaxı rayonu Pirbəhli kənd ümumtəhsil məktəbində 15 yaşlı şagirdini zorlamaqda ittiham edilən tarix müəllimi Elnur Həsənağa oğlu İbrahimovun şikayətinə baxılıb.
Cebhe.info xəbər verir ki, Apellyasiya Məhkəməsində Elnur İbrahimovun işi ilə bağlı növbəti proses martın 3-nə təyin olunub.
Şamaxı rayon Məhkəməsinin qərarına əsasən, Elnur İbrahimov 2 il 6 ay müddətinə pedoqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib və 5 il 6 ay müddətinə azadlıqdan məhrumedilmə cəzasına məhkum olunub. Hazırda iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Şagirdini zorlamaqda ittiham olunan müəllim Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Xatırladaq ki, Şamaxı rayon Pirbəhli ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi olan qızın sözlərinə görə, tarix müəllimi Elnur İbrahimov onu gecə öz yaşadıqları evdə ayaqyoluna getmək istəyəndə saxlayaraq, zorlayıb. Elnur İbrahimovun 25 yaşı var. Ailəli olan müəllim 2 uşaq atasıdır. Şamaxıda kollec bitirən müəllim həmin məktəbdə 4 ildir ki, işləyirmiş.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub