Bakıdakı otellərin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb.
Mynews.az Kanal13-ə istinadən xəbər verir ki, oteldə müştəri olan şəxs otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyirmiş. Otel administratoru isə ərəbə başa salmağa çalışırmış ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.
Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisdən istifadə edərək azyaşlı qızla söhbət edib ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb. Nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onların bu arzusunu çin olmağa qoymayaraq, həmin şəxslərə nömrə verməyib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub