Sentyabrın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 7-si gündüzdən 8-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Böyük Qafqazda 3-50, Qazax-Gəncə zonasında 2-10, Kiçik-Qafqazda 9, Mərkəzi Aran rayonlarında 1-8, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 0.5-1 mm olub.
Oğuz rayonunun Sincab, Xaçmaz-Sincan, Xaçmaz-Qışlaq, Dəymədərə, Mollalı kəndlərində və İsmayıllıda xırda dənəli, Xınalıqda isə diametri 7 mm olan dolu düşüb.
Gəncə, Naxçıvan, Şərur, Quba, Xınalıq, Naftalan, Neftçala, Ağstafa, Şəmkir, Mingəçevir, Biləsuvar, Şirvan, Nabran, Qazıməmməd, Şamaxı, Tovuz, Yevlax, Ceyrançöl, Zərdab, Tərtər, Bərdə, Sabirabad, Göyçay, Ağdam, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda güclü şimal-qərb küləyi əsib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub