Bu gün səhər saatlarında Bakı Metropolitenində qatarların hərəkətində fasilə yaranıb.
Mynews.az xəbər verir ki, İçərişəhər stansiyası istiqamətinə hərəkət edən qatarlarda gecikmə qeydə alınıb.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib.
“Gecikməyə Həzi Aslanov-İçərişəhər istiqamətində, 9 saylı marşrut üzrə hərəkət edən qatarın nasaz olması səbəb olub. Qatar Həzi Aslanov stansiyasında hərəkət edə bilməyib. Buna görə də başqa qatarın köməyi ilə həmin qatar xətdən çıxarılıb. Bu zaman gecikmə yaranıb”.
Metropoliten rəsmisi bildirib ki, problem aradan qaldırılıb və qatarların qrafik üzrə hərəkəti bərpa olunub.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub