Ötən əsrin 20-ci illərində Azərbaycan xalqına qarşı qətliamlar törədən, üzvləri arasında erməni daşnaklarının da olduğu 26 Bakı komissarının adına paytaxtda klub açılıb. Özü də vaxtı ilə "26-lar" adı ilə tanınan indiki ''Sahil'' bağının yaxınlığında.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xəzər TV-yə tarixçi alim Dilavər Əzimli məlumat verib.
TV-nin əməkdaşları alimin dediyi məkanda olublar. Həqiqətən də, restoranın girişində rəqəmlə 26, digər tərəfində isə ingiliscə 26 sözü yazılıb. Restoranın sahibi Ramin Məmmədov alimin fikirləri ilə razılaşmır.
Tarixçi alim Dilavər Əzimliyə görə, məhz bu ərazidə belə adla restoranın açılması şübhələri daha da artırır. Eyniadlı restoran paytaxtın başqa yerində də açıla bilərdi.
Ramin Məmmədov deyir ki, əgər bağın adını verəsi olsaydı, hazırkı adı, yəni "Sahil" qoyardı. O, vətən xaini olması ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialarla da razılaşmır.
Tarixçi alim Dilavər Əzimli hesab edir ki, müvafiq qurumlar bununla maraqlanaraq, məsələni dəqiq araşdırmalıdırlar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub