Deputat Qarabağın oynuna bilet almaq üçün 3 saat sırada durdu FOTO

696
Deputat Qarabağın oynuna bilet almaq üçün 3 saat sırada durdu FOTO

Ötən gün saat 17:00-dan etibarən Qarabağ Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı Roma matçın biletləri satışa çıxarılıb. Biletlərin satışında əvvəlcədən gözləndiyi kimi izdiham yaşanacağı məlum idi.

Bizimyol.info xəbər verir ki, bu gün Milli Məclisin Deputatı Aydın Mirzəzadə Qarabağın ev oynunu stadiondan izləmək üçün bilet almaq istəyib.Millət vəkili ASAN Xidmətin Yasamal filalının binasında yerləşən kassadan bilet almaq üçün sıraya durmalı olub.Bilet almaq istəyənlər çox olduğu üçün deputat nə az, nə çox düz 3 saat 50 dəqiqə bilet sırasında durub.

Deputat bu barədə belə deyib:

“Bu gün düz 3 saat 50 dəqiqə növbədə durduqdan sonra “Qarabağ” – “Roma” futbol oyununa bilet aldım.Bileti ASAN Xidmətin Yasamal filalının binasında yerləşən bilet kassasından əldə etdim.Növbə böyük idi, hətta xarici ölkə vətəndaşları da bilet alırdılar.Bilet satışını həyata keçirən firma bilet satışını daha yaxşı təşkil edə bilərdi. Yüzlərlə insana cəmi bir satıcı qız xidmət edirdi. İki dəfə printer xarab oldu, növbədəkilər birində 40 dəqiqə, ikincisində isə 20 dəqiqə onun düzəlməyini gözləməli oldular.Satıcı qıza xüsusi təşəkkür düşür, o çox səbirlə işləyirdi və böyük növbəyə görə nahara getmədi.”

 

Xəbər lenti