Quba rayonunun Əspərasti kənd sakini Əfsəl Qaziyev 48 yaşında tələbə adını qazanıb.
Mynews.az AZƏRTAC-a istinadən bildirir ki, Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi adını qazanıb. Böyük oğlu hərbi xidmətdə olan dörd övlad atası Əfsəl Qazıyev aqronomluq fakültəsində ekologiya ixtisası üzrə əyani təhsil alacaq.
Əfsəl Qazıyev AZƏRTAC-a müsahibəsində bildirib ki, ali məktəbə sənəd verərkən ailəsi onun qərarını dəstəkləyib. IV ixtisas qrupu üzrə ilk imtahanda 157 bal toplayan abituriyent ikinci imtahanda nəticəsini 198 bala çatdırmağı bacarıb. O, qəbul imtahanlarına X sinifdə təhsil alan qızı Sarıköynəklə birgə hazırlaşıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub