Sərnişinlə dolu avtobus qarşı yola çıxaraq hərəkət edib. Qarşıdan gələn avtomobillər isə avtobusa yaxınlaşdıqda məcbur olub, hərəkət zolağını dəyişir.
Mynews.az bildirir ki, görüntülər ötən gün Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb. Metronun "Memar Əcəmi" stansiyasının yaxınlığından Xırdalan şəhərinə sərnişin daşıyan 119 saylı marşrut avtobusu tıxac zamanı qarşı hərəkət yoluna çıxıb. Araşdırma nəticəsində məlum olub ki, pozuntu qeydə alınan zaman avtobusu Rövşən Cümşüdov adlı sürücü idarə edirmiş.
Bu xətdəki avtobusların hərəkətinə nəzarət edən Fəqan Məhərrəmov isə bildirdi ki, ötən gün axşam saatlarında Xırdalan şəhərinin mərkəzi yolunda qəza olduğundan yol polisi tərəfindən bütün avtobuslara qarşı yola çıxaraq hərəkət etmək üçün şərait yaradılıb.
Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə sözügedən məsələnin araşdırılacağını və lazımi tədbirlərin görüləcəyini deyib. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub