İtaliyanın Azərbaycandakı Səfirliyi viza verilməməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Səfirlikdən APA-ya verilən məlumata görə, İtaliya universitetlərində ən çox azərbaycanlı tələbənin təhsil aldığı Avropa İttifaqı (Aİ) ölkəsidir. 2016-cı ildə İtaliyada təhsil almaq üçün viza əldə edən azərbaycanlı tələbələrin sayı 252 olub. 2017-ci ildə isə tələbələrin sayı keçən ilkinə nisbətən iki dəfə artıb: “Mədəniyyət sahəsində əməkdaşlıq, İtaliya və Azərbaycan arasındakı əlaqələrin əsasını təşkil edən sahələrdən biridir. İki ölkə arasındakı təbii dostluğa əsaslanaraq ,İtaliya azərbaycanlı tələbələrin Avropadakı əsas hədəfinə çevrilib”.
Məlumatda qeyd edilir ki, səfirliyi gələcəkdə istər dövlət, istərsə də özəl sahələrdə rəhbər vəzifələrdə çalışacaq gənclərin İtaliyada təhsil almaq seçimindən məmnundur. Səfirlik İtaliya hökumətinin izlədiyi yola əsasən, bu istiqamətdə yoluna davam etmək niyyətindədir və əsas məqsəd yüksək profilli fakültələrdə təhsil almaq məqsədi ilə hazırlıqlı Azərbaycan gənclərini ən yaxşı İtaliya universitetlərinə göndərməkdir.
“İtaliya universitetlərində təhsil almaq istəyən hər bir tələbəyə bildirmək istəyirik ki, səfirlik vasitəsilə İtaliya universitetlərinə edilən ilkin qəbul qeydiyyatı və İtaliya universitetləri tərəfindən əldə edilən ilkin qəbul məktubu tələbələrə avtomatik olaraq viza əldə etmək hüququ vermir. Səfirlik viza tələblərinə tam şəkildə cavab verən viza sorğularını peşəkarlıqla nəzərdən keçirir. Cavab gözləyən tələbələrlə növbəti günlər və ya həftələrdə əlaqə saxlanılacaq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bir qrup gənc İtaliyanın Azərbaycandakı səfirliyi ilə bağlı sosial şəbəkədə kampaniyaya başlayıb. Onlar İtaliyanın müxtəlif universitetlərinə qəbul olduqları halda İtaliya səfirliyinin bu ölkəyə viza vermədiyini bildiriblər. Həmin şəxslər bununla bağlı İtaliya Xarici İşlər Nazirliyinə də müraciət ünvanlayıblar.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub