"Coca-Cola” ilə bağlı əhalini təşvişə məlumatlar yayılıb.
Mynews.az xəbər verir ki, yüzlərlə "WhatsApp” istifadəçisinin telefonuna göndərilən səsli mesajda bildirilir ki, adıçəkilən şirkətin bir əməkdaşı QİÇS virusuna yoluxub və qanını qəsdən "Coca-Cola”lara axıdıb. Əhalini ehtiyatlı olmağa çağırılan həmin səsli mesajda həmçinin qeyd olunur ki, hazırda şirkət bütün mağazalardan "Coca-Cola” işçilərini təcili şəkildə yığışdırır.
"Coca-Cola” şirkəti bu gün yüzlərlə insana "WhatsApp” mesajı kimi göndərilən və əhali arasında təşviş yaradan xəbərlə bağlı açıqlama verib.
Şirkətdən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatın heç bir əsası yoxdur. Şirkət rəsmisinin sözlərinə görə, sosial şəbəkələrdə guya "Coca-Cola"nın hansısa əməkdaşının QİÇS (AİDS) virusuna yoluxduğu və qanını "Coca-Cola” içkisinə qatdığı barədə yayılan səsli mesaj uydurmadır və heç bir əsası yoxdur: ""Coca-Cola” məhsullarının istehsalı beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun olaraq davam edir və insan sağlamlığı üçün tam təhlükəsizdir”
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub