Yanacaqdoldurma məntəqələri yeni fırıldağa əl atıblar.
Mynews.az bildirir ki, onlardan bəziləri yanacağın miqdarını artırmaq üçün benzinə maye qaz qatır. Bu da sonradan avtomobildə müxtəlif texniki problemlərin yaranmasına səbəb olur.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən texniki ekspert Roman Rüstəmov bildirir ki, benzinə maye qaz qatılması standarta ziddir:
“Yanacaqdoldurma məntəqələri benzinin daha ucuza başa gəlməsi üçün bu addım atırlar. Əslində, benzinə maye qaz qatılmamalıdır. Amma hər yerdə bunu edirlər. Onlar hardasa 1 litr benzinə 200-300 qram maye qaz qatırlar. Benzinin tərkibinə maye qaz qatılan zaman mühərrikin porşeni tədricən sırdan çıxır. Avtomobildə fəsadlar yaradır. Benzinə maye qaz qatıldığını onun iyindən bilmək mümkündür”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub