Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun söküntüsündə iştirak etdiyi "26” adlı kafe qalmaqalına münasibət bildirib.
Mynews.az xəbər verir ki, yazıçı sosial şəbəkədə yazdığı statusda Yazıçılar Birliyinin rəhbərliyinin "26” kafesinə aidiyyəti olmadığını vurğulayıb.
"Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin "26” restoranına aidiyyatı yoxdur! "Şadlıq evi” və restoran açmağı özünə başqa cür gəlirləri olan insanlar rəva görə bilər.
"26” rəqəmi bizim bəzi məmurları xoflandırıb! Amma bu restoran artıq neçə ildir ki, fəaliyyət göstərir! Cümə axşamı günü tarixçilərdən biri bu rəqəmdən hiddətə gəlib və artıq cümə günü restoranın sahibinə təklif edilib ki, onun adını dəyişsin. O da razılaşıb. Bununla birlikdə, əlavə edib ki, maşınının da nömrəsi "26” ilə bitir və bu tarix onun ad günü ilə bağlıdır. Lakin əgər açılışdan illər keçdikdən sonra bu cür assosiasiyalar yaradırsa, adı dəyişmək ən yaxşı çıxış yoludur. Nəhayətdə bu, xalqımız üçün kifayət qədər ağrılı mövzudur. Elə həmin səhər adı dəyişmək fikrində idi.
Sonradan baş verənləri bütün dünya bilir! Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəlir, kafeni bağlayır və mebeli oradan çıxarmağa başlayır. Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddəyə əsasən? Məhkəmənin qərarı olmadan özəl sahibkarın mebelini necə sındırıb müsadirə etmək olar? Onu necə tutmaq olar?
Artıq İsraildə, Amerikada, Rusiyada camaat gülür. Ayın 26-da anadan olanlara tarixi dəyişməyi, maşınlarda, avtobuslarda 26 rəqəmini dəyişməyi təklif edirlər. Ardını şərh etməyəcəyəm. Yoxsa aludə olaram!”