Belə ki, bir çox insan onu yalan danışmaqda ittiham edib. Hətta NASA-ya elektron məktub yazaraq məsələni aydınlaşdıranlar da olub. Haldun Novruzzadə adlı şəxs A.Məmmədlini saxtakarlıq etməklə günahlandırıb.
Məsələ ilə bağlı "Ölkə.Az" Aytək Məmmədli ilə əlaqə saxlayıb. A.Məmmədli orada sadəcə iştirakçı olduğunu qəbul edərək əlavə edib:
"Bəli, mən orada sadəcə iştirakçı idim. Son gün isə 5 dəqiqəlik təqdimat etmişəm. Konfransa gəlməyim birdən-birə alındı, çünki tamam başqa bir konfransda çıxəşçı idim. Ora isə bir neçə aydır hazırlaşırdım.
Bu səbəbdən xüsusi əlavə etməmişəm. Adımın sistemdə olmaması və məni çıxışçı olaraqqeyd etməmələri təbiidir. Məni qınayan insanlar bu konfransların sistemini bilmir. Konfransda iştirak edənlər təqdimat etdiyimi bilir və mənə verilən 7 dəqiqə icazəsiz olsa da xahişimlə baş tutub. Elmi işim uğurludur, ona görə də həmişə müsbət cavab alıram".
A.Məmmədli NASA ofisi ilə tanış olmağın özünün böyük uğur olduğunu vurğulayıb:
"Buraya gəlmək, NASA ofisində olmaq özü mənim üçün bir uğurdur. Ucuz işlərlə məşğul olduğum insanlara gələcəkdə işlərimlə cavab verəcəm".
A.Məmmədli sosial şəbəkədə onu ifşa fotolarını da montaj hesab edir:
"Yəqin ki, o foto montajdır. Azərbaycana qayıtdıqda məhkəməyə müraciət edəcəyəm".
.jpg)
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub