Müəllimlərin yerləşdirilməsi yekunlaşdı - Nazirlik açıqladı
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.
Təhsil Nazirliyindən Mynews.az-a verilən məlumata görə, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak ediblər.
Bu il əlavə yerləşdirmə mərhələsində dörd mindən çox vakansiya elan olunub.
Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minədək namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib. Müsabiqənin müsahibə mərhələsində 400-dək namizəd uğur qazana bilməyib. Ümumilikdə bu il dörd minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda daha bir zəlzələ oldu 1094 dəfə oxunub
- Dönərdən daha bir kütləvi zəhərlənmə - 18 nəfər xəstəxanalıq oldu 1092 dəfə oxunub
- Azərbaycanda xərçəng xəstəliyi niyə artır? 918 dəfə oxunub
- 19 yaşlı qız qəfil vəfat etdi 917 dəfə oxunub
- Tanınmış fitnes zalının sahibi bıçaqlandı - VƏZİYYƏTİ AÇIQLANDI 901 dəfə oxunub
loading...