Fəaliyyətə əsasən axşam saatlarında başlayır və gecə səhərə qədər davam edir... Müştərilər isə elə ilk baxışdan klub haqqında mənfi fikrin formalaşmasına səbəb olurlar.
Söhbət "Hollywood cinema club" şəbəkəsinin Badamdar 77 ünvanında yerləşən klubundan gedir.
Həmin ünvanda yaşayan sakinlər deyirlər ki, kluba gələnlər əsasən cinsi azlıqların nümayəndələridi. İddialara görə, klub "cinema" adı altında fəaliyyət göstərsə də, əslində içəridə baş verən gizli məqamlar da var.
Belə bir klubun yaşayış məntəqələrinin yaxınlığında fəaliyyət göstərməsi isə insanları çox narahat edir.
Biz də bu iddialar əsasında həmin məkana daxil olduq. Klubun sahibi Əliyar Qasımovdan məkanın fəaliyyəti barədə məlumat öyrəndik.
Əliyar Qasımov dedi ki, bütün müştərilərə eyni münasibət göstərirlər. Yəni kiməsə xarakterinə görə kluba girməyə qadağa qoya bilməzlər.
Bəli, Azərbaycan tolerant ölkədir, buna baxmayaraq həm də bir Şərq ölkəsi kimi milli dəyərlərinə bağlı bir xalqdır. Odur ki, bu tip insanların belə ictimai yerlərdə əylənməsi birmənalı qarşılanmır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
///xezerxeber
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub