Azərbaycanda sürücülük hüququ olmadan sükan arxasına əyləşən, yollarda təhlükəli hərəkətlər edənlər təkcə avtomobil sürücüləri deyil.
Onların arasında motosiklet sürücüləri də var. Avtosfer.az saytının əməkdaşı Yasamal rayonu Əsəd Əhmədov küçəsində öz avtomobili ilə geriyə dönən zaman yolun kənarında dayanan motosikletlə trayektoriyası kəsişib. Qulağına qulaqcıq taxib güzgüyə baxmadan arxaya hərəkət etməyə başlayan 02-A-032 qeydiyyat nişanlı motosikletin sürücüsü az qala bizim əməkdaşımızın avtomobilinə dəyəcəkdi. Əməkdaşımız qəzanın qarşısını almaq məqsədiylə həm avtomobili arxaya verib, həm də səs siqnalından istifadə edərək sürücünün diqqətini cəlb edib.
Motosikletin sürücüsü başındakı dəbilqəni çıxardıqdan sonra məlum olub ki, onun həm yaşı azdır, həm də sürücülük vəsiqəsi yoxdur. Əməkdaşımız irad bildirdikdən sonra motosikletin sürücüsü buna əhəmiyyət verməyərək öz yoluna davam edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub