“Azərbaycana gələn əcnəbi turistləri narahat edən məsələlərdən biri də ictimai tualetlərin, ayaqyoluların az olması, bəzi yerlərdə isə ümumiyyətlə olmamasıdır. Bu problemin aradan qaldırılması üçün artıq konkret təklif verilib və yəqin ki, onun köklü həlli üçün işlər görüləcək”.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.
Büro rəsmisinin sözlərinə görə, bu problemin aradan qaldırılması üçün ölkədə hər 100 km-dən bir turizm məlumat mərkəzlərinin yaradılması planlaşdırılır: “Orada turistlər həm onlara lazım olan məlumatlar əldə edə, həm də yolüstü dincələ, həm uşaqlarını əyləndirə, həm də su və tualet ehtiyaclarını ödəyə bilərlər. Bununla bağlı monitorinq aparmışıq. Ölkə üzrə 26 belə məntəqənin inşa edilməsi nəzərdə tutulur. Bu təklif çoxdan müzakirə olunurdu, amma artıq qərar verilib. Şəhər yerlərində isə bu problemin həlli məsələsi bir qədər vaxt ala bilər. Yəqin sadəcə ictimai tualetlərin sayı artırılmalıdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub