Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən zəvvarların ilk qafiləsi sabah vətənə qayıdacaq. Mynews.az xəbər verir ki, bu barədə Report-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Məlumatda qeyd olunub ki, hazırda zəvvarların əksəriyyəti Məkkə şəhərindən Mədinəyə gedib. Sentyabrın 12-də ilk zəvvar qafiləsini gətirəcək təyyarə yola çıxacaq. Zəvvarları gətirən ilk təyyarə Bakı vaxtı ilə saat 16:30-da paytaxtda olacaq. Həmin gün hacıları gətirən daha bir təyyarə reysi həyata keçiriləcək. Digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub