"Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə bağlı görülən işlər barədə ictimaiyyət məlumat alacaq".
Mynews.az trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
O qeyd edib ki, Azərbaycanda qəbul və buraxılış imtahanlarının yeni formatda keçirilməsi ilə fəaliyyət Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin birgə gördüyü işdir:
"Bu birgə işin zərurəti Azərbaycanın məktəblərində 9 il öncə yeni məzmunlu proqramın - kurrikulumun tətbiqi ilə əlaqələndirilib. Eyni zamanda, bu layihənin əsas məqsədi gənclərin, məktəb məzunlarının bilik və bacarıqlarının qiymətləndirilməsi prosesini daha da təkmilləşdirmək, asanlaşdırmaq və şəffaf etməkdir. Bu istiqamətdə işlər daim həyata keçirilir. Sentyabrın 9-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və təhsil nazirinin müavini, DİM-in Direktorlar Şurasının üzvü Ceyhun Bayramov və digər təhsil ekspertlərinin iştirakı ilə işçi görüşlər keçirilib. İctimaiyyət bu proses üzrə görülən işlərdən məlumat alacaq".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub