Kafenin Yazıçılar Birliyinin rəhbərliyinə aidiyyatı varmış
Xəbər verildiyi kimi, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev Bakı meri Hacıbala Abutalıbovun bir neşə gün öncə qapatdığı “26-lar” adlı (“Twenty Six”) kafe ilə bağlı qalmaqala münasibət bildirərkən demişdi ki, həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərlərinə aiddiyyəti yoxdur.
Ç.Abdullayev belə demişdi: “Hamı adi şeyləri anlamalıdır! Lakin görünür ki, heç də həmişə belə olmur. Yazıçılar İttifaqının rəhbərliyindən heç kimin “26” restoranına aidiyyəti yoxdur!”
Bu gün redaksiyamıza göndərilən sənəddən isə görünür ki, “həmin kafenin Yazıçılar Birliyinə məxsus ərazidə yerləşməsinin bu təşkilatın rəhbərliyinə aidiyyatı” varmış.
Belə ki, məkanın icarə verilməsi haqqında müqavilə icarədar Ramil Ruslan oğlu Məmmədli ilə Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev arasında bağlanıb. Tərəflər müqaviləyə öz şərt və tələblərini də əlavə edərək imza adıblar. Bu müqaviləyə görə, icarədarlar hər ay müqavilə tərəfdaşlarına 8 min manat pul verirmişlər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub