Şamaxıda sürüşmə təhlükəli hal almağa başlayıb.
Mynews.az ARB TV-ə istinadən xəbər verir ki, avqust ayı ərzində Bakı-Şamaxı avtomobil yolunda sürüşmənin parametrlərində ciddi artım müşahidə edilib. Hazırda magistralın 106-111-ci km-nin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə sahəsi hökm sürür. Şamaxı Qızmeydan yolunda da sürüşmə sahəsi aktivləşib.
Ötən həftə yağıntılardan sonra yolda 5 müxtəlif hissədə sürüşmə baş verib. Asfalt örtüyünün yarı hissəsi torpaq uçqununun qurbanı olduğundan ərazidə avtomobillərin hərəkəti də çətinləşib.
Sözügedən yol Şamaxı ilə 4 kəndi birləşdirən yeganə yoldur. Sakinlər iddia edir ki, ərazidə əvvəllər sürüşmə müşahidə olunmayıb. Yalnız 4 il əvvəl asfalt örtüyü çəkildikdən sonra həmin ərazi sürüşməyə başlayıb.
Həmçinin Bakı-Ağsu, Quba-Qonaqkənd, Muğanlı-İsmayıllı, Basqal-Sulut, Cəlilabad-Cəngan-Soltankənd, Lənkəran-Lerik, Lerik- Qoşmalyan-Kəlvəz və Pəlikeş avtomobil yollarında da sürüşmə sahələrində aktivlik müşahidə olunur.
1
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
428 dəfə oxunub
2
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
423 dəfə oxunub
3
İlham Əliyev fərman imzaladı
414 dəfə oxunub
4
Gəncədə yük avtomobili yaşlı qadını vuraraq öldürüb
409 dəfə oxunub
5
Yük avtomobili qadını vurub öldürdü
374 dəfə oxunub