Qarlı hava şəraiti “Azəravtoyol” ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb.
Mynews.az xəbər verir ki, bunu “APA-Economics”ə “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.
A.Nəcəflinin sözlərinə görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi - 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur.
Bununla yanaşı, A.Nəcəfli qeyd edir ki, bəzi ərazilərə dövlət şirkətinin texnikası gedə bilmir:
“Söhbət bəzi tunellərdən, enişli-yoxuşlu yollardan gedir. Bəzi sürücülər hazırlıqlı olmadığından, olduqca aşağı sürətlə hərəkət etdiyindən və ya yolda qaldığından tıxac yaranır, texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır.
Əsas məqsəd odur ki, “nəqliyyat arteriyası” sayılan yollarda normal hərəkəti təmin edib, sonra digər yollara keçək. Hal-hazırda əsas yolların heç birində problem yoxdur. Bundan başqa, balansımızda olan digər yollarda əməkdaşlarımız təmizləmə işləri həyata keçirirlər. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub