Özəl kinoteatrların gündəlik repertuarlarında Azərbaycan filmləri üçün seansların ayrılması nəzərdə tutulub.
Mynews.az Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev gənc kinematoqrafçılarla görüşündə deyib.
Gələn il milli kinomuzun 120 yaşının tamam olduğunu deyən nazir müavini bildirib ki, nazir Əbülfəs Qarayevin əmrinə əsasən, 15 sentyabr tarixində ölkəmizdə kino mövsümü başlayacaq. Bakıda və ölkənin bütün rayonlarındakı Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində müntəzəm şəkildə filmlər nümayiş olunacaq. Bu məqsədlə artıq 2402 müəssisə mövsümün açılışına hazırdır.
Ə.Vəliyev deyib ki, milli filmlərin hərbi hissələrdə, hərbi məktəblərdə, eləcə də, təhsil və islah-əmək müəssisələrində mütəmadi nümayiş olunması nəzərdə tutulub. Bunun üçün müvafiq nazirliklər və dövlət strukturları ilə işgüzar əlaqələr yaradılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub