“Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.
2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.
2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.
Sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq, onların cihazına zərərverici proqramlar qurulur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub