Bakı şəhər sakini idarə etdiyi avtomobildə yaranmış nasazlığa görə paytaxt Bakıda fəaliyyət göstərən ustalardan birinə müraciət edib. Sürücü idarə etdiyi avtomobilin 15 min km yürüşü olduğunu bildirib. Usta yanacaq çənindəki filteri çıxartdıqda məlum olub ki,filter təmiz yararsız vəziyyətə düşüb. Həmin filterdən paslı qum dəncikləri tökülüb. Sürücü bildirir ki, yanacağı ancaq "Azpetrol"un yanacaqoldurma məntəqələrindən alır.
Adı Sahil olan usta isə iddia edir ki,paslı qum dənəciklərinin yanacaq çəninə dolmasının səbəbi yanacaq doldurma məntəqələrindəki yanacaq çənlərinin təmizlənməməsindən irəli gəlir.Belə olan halda isə ziyan sürücüyə dəyir.
Cavid İbrahimov adlı neftçi isə bildirib ki, filterdən çıxan qum deyil, kükürd dənəcikləridir. “Neftin tərkibində kükürd olur. “Sera ocistka” deyilən qurğudan keçməmiş neftin emalı düzgün deyil. Amma bizdə necə gəldi emal olunub verilir daxili bazara. Neft təmizlənmir kükürd və karbonlu birləşmələr qalır tərkibində. Bu da metalda aşılanmaya, filterin bu hala düşməsinə və ən əsası da insan səhhətinə ciddi zərər verir. Kükürdü heç açıq vəziyyətdə də ələ almaq olmaz, təhlükəlidir. Bizim neft texnologiyasında çalişanlara və SOCAR rəhbərliyinə insaf diləyirəm...”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub